azturkxeber.az
http://azturkxeber.az

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib

20-12-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

Görüş çərçivəsində Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini vurğulayıb.

Müvəkkil ötən dövr ərzində Azərbaycan Ombudsmanının BMT və onun ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin, hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən müsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.

Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiriciyə Azərbaycandakı fəaliyyəti dövründə insan hüquqları sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.

Vladanka Andreyeva qəbula görə Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031