azturkxeber.az
http://azturkxeber.az

Gələcəyin kursantları ilə görüşlər davam etdirilir

20-12-2025

 
Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ağdaş, Ağsu, Göyçay, eləcə də Ucar rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib.
Tədbirlərdə iştirakçılara Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib.
Həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031