azturkxeber.az
http://azturkxeber.az

ABŞ piyada əleyhinə minaların istifadəsinə qoyulan qadağanı aradan qaldırıb

20-12-2025

ABŞ piyada əleyhinə minaların istifadəsinə qoyulan qadağanı aradan qaldırıb

Vaşinqton ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə qoşunlar tərəfindən piyada əleyhinə minaların istifadəsinə tətbiq edilən qadağanı ləğv edir.

Bu barədə The Washington Post qəzeti ABŞ-ın müdafiə naziri Pit Heqsetin imzaladığı sənədə istinadla məlumat yayıb.

Bəyanatda deyilir: “Tramp administrasiyası Koreya yarımadası istisna olmaqla, piyada əleyhinə minaların istifadəsini qadağan edən Bayden dövrünə aid siyasəti ləğv edib”.

Sənəddə qeyd olunur ki, piyada əleyhinə minaların istifadəsinə dair məhdudiyyətlərin aradan qaldırılması “tarixin ən təhlükəli təhlükəsizlik şəraitlərindən birində” ABŞ ordusunun döyüş imkanlarını artıracaq.

Müdafiə naziri 90 gün ərzində yeni mina siyasətinin tətbiq olunmasına çağırıb.

Xatırladaq ki, Co Baydenin prezidentliyi dövründə Vaşinqton Ottava Müqaviləsinin (Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Konvensiyası) bir sıra müddəalarına uyğun olaraq piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırmaq qərarı qəbul etmişdi. Bayden administrasiyası, həmçinin həmin Konvensiyaya əsasən müəyyən növ piyada əleyhinə minaların hazırlanması və istehsalına qadağa qoymuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031