Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Həmin gün vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, reabilitasiya, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:








