azturkxeber.az
http://azturkxeber.az

Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib

19-12-2025

Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib.

Konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Sonra məktəbin zalında özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb.

Konserti Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər.

“Navruz” Milli Rəqs Ansamblı, Yunus Rəcəbi adına “Maqom” ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər.

Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomurodovanın ifasında səslənən “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.

Həmçinin dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərindən ilhamlanaraq hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031