azturkxeber.az
http://azturkxeber.az

“E-keyfiyyet.gov.az” üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği müəyyənləşib

19-12-2025

“E-keyfiyyet.gov.az” üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği müəyyənləşib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət edir.

Dövlət Agentliyindən bildirilib ki, keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatlar, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlər, ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı, inspeksiya orqanının rəyi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarlar, ölçmə vasitələrinin yararsızlığı haqqında bildirişlər, o cümlədən ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin yaradılmasına görə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üçün istifadə haqqının məbləği müəyyən olunub.

Keyfiyyət informasiya sistemi üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 9 dekabr tarixli 382 saylı Qərarı ilə təsdiq edilmiş “Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”nda müəyyən olunub.

Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müvafiq qayda ilə tanış olmağı tövsiyə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031