Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 21-də bu təşkilatın Büdcə və planlaşdırma üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Qətər dövlətinin Doha şəhərinə səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclas çərçivəsində təşkilatın büdcəsi, maliyyə planlaşdırması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər dekabrın 25-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: