azturkxeber.az
http://azturkxeber.az

Qaxda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib

18-12-2025

Qaxda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib

Qax rayonunun Qaxbaş kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndindən keçən hissəsində sürücü Həlimə Bayramlı idarə etdiyi “Nissan” markalı avtomobillə 43 yaşlı Maya Otaraşvilin vurub.

Qaxbaş kəndinin sakini olan piyadaya yerində ilkin tibbi yardım göstərilikdən sonra o, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031