azturkxeber.az
http://azturkxeber.az

Energetika Nazirliyində kollegiya iclası keçirilib

18-12-2025

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən bildirilib ki, kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na (bundan sonra Strategiya) müvafiq olaraq ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən tədbirlərin sosial-iqtisadi inkişafı yeni səviyyəyə çatdırdığını vurğulayıb, bu istiqamətdə Energetika Nazirliyinin əsas icraçısı olduğu “yaşıl enerji” məkanı sahəsində əldə edilmiş nəticələri qeyd edib.

İclas zamanı “yaşıl enerji” məkanı çərçivəsində nəzərdə tutulan tədbirlər, o cümlədən bərpaolunan enerji infrastrukturunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi, enerji səmərəliliyinin təmin edilməsi istiqamətlərində həyata keçirilmiş işlər barəsində hesabat təqdim olunub.

Eyni zamanda, “Azərbaycan Respublikasının Energetika Nazirliyi Kollegiyasının 2026-cı il üçün İş Planı”nın layihəsi təqdim olunub, bu çərçivədə görüləcək işlər haqqında məlumat verilib.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031