azturkxeber.az
http://azturkxeber.az

“Women in GovTech 2025” hesabatında Nazirliyin e-xidmətlərin tətbiqi sahəsində çalışan qadın əməkdaşları ilə müsahibələr təqdim edilib

17-12-2025

Sinqapurun “GovInsider” platforması tərəfindən yayımlanan “Women in GovTech 2025” hesabatı müxtəlif ölkələrdə dövlət sektorunda elektron texnologiyaların inkişafında mühüm rol oynayan qadın liderlərin fəaliyyətini ön plana çıxarır.

“İnklüziv texnologiyanın hamı üçün etibarlılığı”na həsr olunan builki hesabatda 29 ölkədən 100 qadın əməkdaşla müsahibə təqdim edilir.

Onların sırasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları Vüsalə Müzəffərova və Səbinə Hüseynova ilə müsahibələr də yer alıb. https://govinsider.asia/intl-en/article/meet-the-women-in-govtech-2025

Vüsalə Müzəffərova ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərinin rəqəmsallaşdırılması, proaktiv və inklüziv dövlət xidmətlərinin qurulması, süni intellekt həllərinin tətbiqi və məşğulluğun artırılmasına yönəlmiş layihələr çərçivəsində görülən işlərdən bəhs edib.

Səbinə Hüseynova isə Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması, inklüziv və insan-mərkəzli yanaşma, “e-Sosial” portalı, süni intellektin tətbiqi və texnologiyanın vətəndaşların gündəlik həyatını necə asanlaşdırdığı barədə fikirlərini bölüşüb.

“Women in GovTech 2025” hesabatı qadınların dövlət xidmətlərinin e-texnologiyalar əsasında təkmilləşdirilməsində mühüm rolunu nümayiş etdirir. Azərbaycan qadınlarının da bu qlobal hesabatda yer alması ölkəmizdə rəqəmsal inkişafın təmin edilməsi prosesində qadınların da fəal iştirakının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031