azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

17-12-2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub.

İclasın gündəliyində olan ikinci məsələ - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.

Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, qanun layihəsi Ali Məclisin iclasının gündəliyinə daxil edilməsi tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031