azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

16-12-2025

Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dekabr ayının 15-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunmuşdur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu saxlanılmışlar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031