azturkxeber.az
http://azturkxeber.az

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

16-12-2025

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasının müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.

İqtisadi-ticari sahədə və investisiya sektorunda qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb. Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.

Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031