azturkxeber.az
http://azturkxeber.az

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib

15-12-2025

Dekabrın 15-də Maliyyə Nazirliyində suveren yaşıl istiqrazların emissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə yaşıl maliyyə infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq.

İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər tərəfindən suveren yaşıl istiqrazların emissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

İşçi Qrupuna Azərbaycan Respublikasının suveren yaşıl istiqrazlarının emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031