azturkxeber.az
http://azturkxeber.az

Səkidə saxlanılan avtomobil qəfil hərəkət edərək işıqforu sıradan çıxarıb

15-12-2025

Səkidə saxlanılan avtomobil qəfil hərəkət edərək işıqforu sıradan çıxarıb

Dekabrın 15-də səhər saatlarında paytaxtın Xətai rayonunda Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, ilkin ehtimala görə səkidə park edilən və içərisində sərnişin olan avtomobil qəfil hərəkət edərək yolun kənarındakı işıqfora çırpılıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasa da, işıqfor yararsız vəziyyətə düşüb. Sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi üçn tədbirlər görülür.

“Sürücülərə xatırladırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq əyləc sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun kənarındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sükan arxasında olanlara tövsiyə edilir ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər”,- deyə məlumatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031