azturkxeber.az
http://azturkxeber.az

Kitabxanada Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi hazırlanıb

15-12-2025

Kitabxanada Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi hazırlanıb

Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında türk dövlətlərinin hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüslə UNESCO tərəfindən dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin gücləndirilməsi istiqamətində söylədiyi dəyərli fikirlər, Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında qəbul edilən sərəncamların tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Avropada türkologiya”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Turan sivilizasiyasına giriş”, “Türk düşüncəsi və türkçülük tarixi haqqında” 20-dən çox kitabın tam mətni təqdim edilir. Virtual sərgidə kitablar ilə yanaşı “Birinci Türkoloji Qurultay – türk ruhunun qələbəsi”, “Türkologiya Turan birliyinin təməl daşıdır”, “Azərbaycan türkologiyası: təməllər, təmayüllər”, “Türk dünyasında ortaq düşüncə və kimlik axtarışları” kimi dövrü mətbuat nümunələrinin tam mətni də sərgilənir.

Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/dunya-turk-dili-ailesi-gunu yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031