azturkxeber.az
http://azturkxeber.az

Çin nümayəndə heyəti Azərbaycana səfər edib

15-12-2025

Səfər zamanı Çin nümayəndə heyəti Azərbaycanın istehsal müəssisələrini ziyarət edib, yerli məhsulların Çinin rəqəmsal və pərakəndə ticarət şəbəkələrində satış imkanlarını müzakirə edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin investoru və operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade” və tərəfdaşı “Wuyan Jiangsu Biotechnology” şirkətlərinin nümayəndələri Azərbaycana səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin bir sıra regionlarında kənd təsərrüfatı və kimya sənayesi üzrə fəaliyyət göstərən qida, şərab və kosmetik məhsul istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Yerli müəssisələrlə keçirilən görüşlərdə Azərbaycan məhsullarının Çinə ixrac imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031