azturkxeber.az
http://azturkxeber.az

Çağırışçılara müddətli həqiqi hərbi xidmətlə bağlı bildirişlərin çatdırılması qaydası

15-12-2025

Çağırışçılara müddətli həqiqi hərbi xidmətə cəlb olunmaları ilə bağlı bildiriş necə çatdırılır?

✔️"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2-2-ci maddəsinə görə tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar.

Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur.

Eyni zamanda, çağırışçılar "mygov" platforması vasitəsilə müddətli həqiqi hərbi xidmətə çağırış və tibbi müayinələ cəlb olunmaları ilə bağlı məlumatlandırılırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031