azturkxeber.az
http://azturkxeber.az

Ankarada Dünya Türk Dili Ailəsi Günü münasibətilə panel müzakirələr keçirilib

15-12-2025

Ankarada Dünya Türk Dili Ailəsi Gününə həsr olunmuş panel müzakirələr keçirilib.

Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO və Atatürk Mədəniyyət, Dil və Tarix üzrə Ali Şuranın dəstəyi ilə Türk Dilçilik Cəmiyyəti tərəfindən təşkil edilib.

Türk Dilçilik Cəmiyyətinin sədri, professor Osman Mert çıxışında türk xalqlarının kimliyinin təməli kimi dilə hörmətlə yanaşmağın əhəmiyyətini vurğulayıb, Türk Dövlətləri Təşkilatı məkanında dil sahəsində sıx əməkdaşlığın vacibliyini qeyd edib.

UNESCO yanında Türkiyə Milli Komissiyasının rəhbəri, professor Ocan Oğuz UNESCO-nun Səmərqənddə keçirilmiş iclasının gündəliyinə Dünya Türk Dili Ailəsi Gününün elan edilməsi ilə bağlı qərarın salınmasına töhfə verən işlərdən danışıb.

Atatürk Mədəniyyət, Dil və Tarix üzrə Ali Şuranın rəhbəri, professor Derya Örs mədəniyyət və dilin dövlətin “yumşaq gücünün” vacib komponentləri olduğunu qeyd edib.

“Dilə nə qədər çox hörmət edilərsə, xalq və dövlət bir o qədər hörmətli olar. Türk dillərinin gənclər arasında təbliği bu gün xüsusilə vacibdir”, - deyə Derya Örs ortaq türk əlifbasının qəbul edilməsinin zəruriliyini bildirib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam Prezident Rəcəb Tayyib Ərdoğanın mədəniyyət sahəsi də daxil olmaqla, türk dövlətlərinin inteqrasiyasına töhfəsini vurğulayıb. Nazir müavini türk dövlətləri arasında mədəniyyətlərarası əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Tədbir panel müzakirələri ilə davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031