azturkxeber.az
http://azturkxeber.az

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb

15-12-2025

Ötən gün yağan qar və gecə saatlarında müşahidə edilən şaxtalı hava şəraiti Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolunda buzlaşmaya səbəb olub. Xüsusilə dağlıq relyefə malik ərazilərdə yolun sürüşkən olması sürücülər üçün təhlükə yaradıb.

Mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə yol idarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yolun buz bağlayan hissələrinə duz-qum qarışığı səpilib, buzlaşmanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Aparılan işlər nəticəsində avtomobil yolunun bəzi hissələrində buz qatı ərisə də, problemin tam aradan qaldırılması mümkün olmayıb.

Hazırda sərt enişli-yoxuşlu və döngəli hissələrdə, xüsusilə Piriqulu qəsəbəsindən Dəmirçi kəndinə qədər olan məsafədə yolda buzlaşma qeydə alınır. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və qış təkərlərindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, hazırda bölgədə Günəşli hava şəraiti müşahidə olunsa da, temperatur müsbət 1 dərəcə təşkil edir. Bu da yol örtüyündə buzlaşmanın tam aradan qalxmasına mane olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031