azturkxeber.az
http://azturkxeber.az

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər

14-12-2025

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyasının 2026-cı ilin payızında keçiriləcək ara seçkilərindən sonra Konqresin hər iki palatasında çoxluğunu qoruması çətin olacaq.

O, “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə belə deyib: "Görəcəyik necə olacaq. Qalib gəlməliyik, amma statistik olaraq qalib gəlmək çox çətin olacaq. Əlimizdən gələni etməyə çalışacağıq”.

Tramp, həmçinin bildirib ki, ABŞ üçün milyardlarla dollarlıq investisiyalar təmin edib, lakin bu pulun nə vaxt reallaşacağını bilmir. "Mən tarixin ən böyük iqtisadiyyatını yaratmışam, amma insanların bunu dərk etməsi üçün yəqin ki, vaxt lazım olacaq", - deyə o əlavə edib.

ABŞ Konqresinə ara seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək. Nümayəndələr Palatasının bütün 435 üzvü və senatorların üçdə biri (33 senator) yenidən seçilmək üçün mübarizə aparacaq. Hazırda hər iki palata Respublikaçılar tərəfindən idarə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031