azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-dən hava şəraiti ilə əlaqədar sürücülərə tövsiyələr

14-12-2025

Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.

Bu baxımdan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə aşağıdakı ümumi tövsiyələrə əməl etməyi xahiş edir:

Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;

Mövsümə uyğun təkərlərdən istifadə edin;

Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;

Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;

Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;

Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin.


Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031