azturkxeber.az
http://azturkxeber.az

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb

14-12-2025

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb

Almaniyanın Bavariya əyalətinin Dinqolfinq şəhərində keçirilən Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən bir nəfər Misir, bir nəfər Suriya, üç nəfər isə Mərakeş vətəndaşlarıdır.

İstintaq orqanları hazırda araşdırmalar aparırlar. Hücumun vaxtı və planları barədə məlumat verilməyib. İlkin məlumata əsasən, hücumun avtomobildən istifadə edilərək törədilməsi planlaşdırılıb.

Mediaya yayılan məlumatlara əsasən, təhlükə barədə xəbərdarlıq xarici kəşfiyyat xidmətlərinin birindən daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031