azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin komitə iclası keçirilib

13-12-2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda qəbul edilən “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanunlarının layihələrinin müzakirəsi olduğunu bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar məlumat verilib, qanun layihəsinin Ali Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdir müavini, müdir vəzifələrini müvəqqəti icra edən Tofiq Rəcəbli məlumat verib.

Sonda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031