azturkxeber.az
http://azturkxeber.az

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna yeni akkreditasiya attestatı təqdim edilib

11-12-2025

10 dekabr 2025-ci il tarixində Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” standartı üzrə akkreditasiya attestatını təqdim etmişdir.

Akkreditasiya institut üçün şəffaf, etibarlı və obyektiv meyarlara əsaslanan sertifikatlaşdırma proseslərinin təminatı, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəlməsi və sektorun inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

Attestatın təqdimatı AzAK‑ın mərkəzində baş tutmuş, ardından isə institutda bununla bağlı rəsmi tədbir keçirilmişdir.

Tədbirdə AZS ISO/IEC 17024:2024 standartının əsas prinsipləri, İnstitutda formalaşdırılan uyğunluq prosesləri və bu yeniliklərin sektorda yaradacağı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Bu nailiyyət İnstitutun sertifikatlaşdırma xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə və beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031