azturkxeber.az
http://azturkxeber.az

Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

11-12-2025

Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində olub. Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat verilib.

Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031