azturkxeber.az
http://azturkxeber.az

“İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda növbəti maarifləndirici təlim keçirilib

11-12-2025

Təlim Naxçıvan Şəhər İcra Hakimiyyətində, Naxçıvan Muxtar Respublikasının Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Maarifləndirici tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumları təmsil edən 22 nəfər iştirak edib.

Təlim zamanı Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, eləcə də mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat veriblər.

Bundan əlavə, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və göstərdiyi metodiki dəstək barədə məlumat təqdim olunub.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031