azturkxeber.az
http://azturkxeber.az

Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb

10-12-2025

AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə yeni əməkdaşlıq imkanları müzakirə edilib, Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Qırğızıstanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Avasbek Kerimbayev arasında görüş keçirilib.
Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı Azərbaycan tərəfinin iştirakı ilə İssık-Kul gölü sahilində inşa edilən hotel layihəsinin artıq tamamlanma mərhələsində olduğu və obyektin 2026-cı ilin may ayında istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib. Hotelin açılışı çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumunun təşkil olunması perspektivi də nəzərdən keçirilib.
Görüşün yekununda AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031