azturkxeber.az
http://azturkxeber.az

Könüllü, təhlükəsiz və ləyaqətlə Qayıdış

10-12-2025

44 günlük Vətən Müharibəsində qazanılan qələbə yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış oldu. Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur.
Azərbaycan dövləti "BöyükQayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq kimi ayrılmaz hüquqlarını beynəlxalq hüquq və humanitar prinsiplər çərçivəsində üç əsas prinsipə əsaslanaraq həyata keçirir:
• Könüllülük: Hər bir ailə öz qərarına uyğun olaraq, heç bir məcburiyyət olmadan, doğma yurduna qayıtmaq hüququnu həyata keçirir.
• Təhlükəsizlik: İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir, zəruri infrastruktur qurulur, təhlükəsizlik təmin edilir. Bu, xüsusilə də minalardan təmizlənmə prosesi, qayıdan insanların təhlükəsiz yaşam hüququnun təminatıdır.
• Ləyaqət: Qayıdan sakinlər üçün müasir yaşayış kompleksləri salınır, iş yerləri, məktəblər, xəstəxanalar yaradılır. Bu, onların öz Vətənlərində insan ləyaqətinə uyğun həyat keçirməsinə imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031