azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətində Özbəkistandan gələn rəsmi nümayəndələrlə görüş keçirilib

10-12-2025

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə qurumların rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bundan başqa yerli struktur bölmələrin birinə yerində baxış keçirilib, tibbi şəhadətləndirmə prosesi də daxil olmaqla ümumilikdə iş prosesi ilə tanışlıq olub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031