azturkxeber.az
http://azturkxeber.az

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə

09-12-2025

Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 14 noyabr 2025-ci il tarixində keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabr ayının 18-dən etibarən başlanılacaq.

Müsahibə fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, imtahanın keçirilməsi qaydalarına görə, müsahibənin nəticələrinə əsasən uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Əlavə məlumatları (012) 510-10-01 (daxili nömrə: 10252 və ya 10270) nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031