azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb

09-12-2025

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə paytaxtımız “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edir. Mötəbər tədbirlə əlaqədar 50-dək ölkədən rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye üzrə ekspertlərdən ibarət 300-dən çox qonaq Azərbaycana təşrif buyurub.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində beynəlxalq tədbirin rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli ilə İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Naziri Adil Kərimli belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İƏT-in rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının İƏT-lə əlaqələri strateji əhəmiyyət daşıyır.

Festivalın əhəmiyyətini qeyd edən nazir deyib ki, bu layihə İslam dünyasında mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır.

Tariq Ali Bakhit görüşə, festivalın yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. İƏT rəsmisi Azərbaycanın İslam dünyasında həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə mühüm töhfələr verdiyini məmnunluqla diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031