azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

09-12-2025

Paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi arasında görüş keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib. Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir.

Pakistanın federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi səmimi görüşə görə təşəkkürünü bildirib. İki ölkənin mədəniyyət sahəsində əməkdaşlığı üçün geniş potensialın olduğunu vurğulayan qonaq bunun üçün yol xəritəsinin, əməkdaşlıq proqramının hazırlanmasının zəruriliyini qeyd edib.

Görüşdə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sonda qonaq nazirə ölkəmizlə bağlı nəşrlər hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031