azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

09-12-2025

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda Türkiyə nümayəndə heyəti ilə mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş işçi görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı HHQ sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi, texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinq təqdim olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031