azturkxeber.az
http://azturkxeber.az

Yaşar Tofiq oğlu Əliyev - Yaddaşlarda yaşayan böyük şəxsiyyət

08-12-2025

Bu gün Azərbaycanın görkəmli diplomatı və siyasətçisi, mərhum Yaşar Tofiq oğlu Əliyevin anım günüdür. Ömür yolunu xalqına və dövlətinə sədaqətli xidmətə həsr edən Yaşar Əliyev Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biri kimi xatırlanır. Onun fəaliyyəti müxtəlif sahələri əhatə etsə də, həyatının əsas qayəsi milli maraqların qorunması və ölkənin inkişafına töhfə vermək olub.

Yaşar Əliyev fəaliyyətə səhiyyə sahəsində başlamış, həkimlik fəaliyyəti ilə cəmiyyətə xidmət etmişdir. İnsanlara qayğı göstərmək, onların problemlərinə həssaslıqla yanaşmaq onun xarakterində dərin iz qoymuş, sonradan siyasi və diplomatik fəaliyyətində də bu insani keyfiyyətlər önəmli rol oynamışdır.

Səhiyyə sahəsində qazandığı təcrübə və insanlarla işləmək bacarığı onu ictimai-siyasi proseslərə daha fəal şəkildə qoşulmağa sövq etmişdir. Bununla da Yaşar Əliyev siyasi arenaya daxil olaraq dövlət rəhbərliyinə, milli maraqlara xidmət edən təşəbbüslərin önündə dayanan simalardan birinə çevrilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi yolunda atdığı addımlar Yaşar Əliyevin dövlətçilik düşüncəsinin, milli məsuliyyət hissinin təcəssümü idi. O, ölkənin siyasi müstəqilliyinin qorunması və beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində fəaliyyət göstərərək mühüm təşəbbüslərin həyata keçirilməsinə töhfə vermişdir.

Diplomat kimi onun fəaliyyəti Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etməyə, ölkəmiz haqqında obyektiv təsəvvürün formalaşmasına yönəlmişdi. Milli dəyərlərə sadiqlik və prinsipiallıq onun diplomatik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri idi.

Yaşar Əliyevin həyat yolunun ən diqqətçəkən cəhətlərindən biri də onun gənc nəslə göstərdiyi qayğı və dəstək olmuşdur. O, yalnız ölkə daxilində deyil, həm də xaricdə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı çətinliklərə biganə qalmamış, onların inkişafı və vətənə bağlılıq hissinin möhkəmlənməsi üçün əlindən gələni etmişdir.

Gənclərə olan diqqəti onun vətənpərvərlik ideyalarının təbliği, milli kimliyinin qorunması istiqamətində atılmış mühüm addım idi. Bu xüsusiyyətləri ilə o, yalnız bir dövlət xadimi deyil, həm də gənclərin mənəvi dayağı olmuşdur.

Yaşar Tofiq oğlu Əliyev Azərbaycan cəmiyyətinin yaddaşında öz əməlləri, vətənpərvərliyi və prinsipial mövqeyi ilə qalan şəxsiyyətlərdən biridir. Onun ömür yolu dövlətə və xalqa bağlı insanın nə qədər böyük işlər görə biləcəyinin canlı nümunəsidir.

Bu gün onun xatirəsi böyük ehtiramla anılır. Yaşar Əliyevin fəaliyyəti yalnız keçmişin yaddaşı deyil, həm də gələcək nəsillər üçün örnəkdir. O, Azərbaycan dövlətçiliyinə öz imzasını atmış, xidmətləri ilə xalqın rəğbətini qazanmış dəyərli ziyalı və diplomat kimi xatırlanmağa davam edir.

Allah rəhmət eləsin!

Azturkxeber.az İnformasiya Agentliyinin rəhbəri Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031