azturkxeber.az
http://azturkxeber.az

İrandan Azərbaycana narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

08-12-2025

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, onlardan 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031