azturkxeber.az
http://azturkxeber.az

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb

08-12-2025

Dekabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.

Bu kontekstdə cari ilin aprelində İran Prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031