azturkxeber.az
http://azturkxeber.az

Nazir Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib

05-12-2025

Ədliyyə naziri Fərid Əhmədov 5 dekabr tarixində Bərdə şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031