azturkxeber.az
http://azturkxeber.az

BilBacar müsabiqəsi yenidən başlayır

30-10-2025

BilBacar müsabiqəsi 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edəcək. Müsabiqənin bu ilki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Müsabiqə hər dəfə 29-38 sual olmaqla tədris ili ərzində 4 dəfə keçiriləcək. Şagirdlərə yarışdan əvvəl hazırlaşmaq üçün hər dəfə əlavə suallar təqdim ediləcək.

Şagirdlər yarışda topladıqları ballara əsasən yer tutacaqlar və ən çox bal toplamış 450 şagird 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək. Final yarışında qalib gələnlər isə müsabiqənin qalibi elan olunacaq və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031