azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüb

28-10-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xarici ölkədə çətin həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq və azadlıqlarının təmin olunması məsələlərini daim diqqətdə saxlayır.

Cari il oktyabrın 22-də 2-si qadın, 4-ü uşaq olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsman Aparatının əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş repatriantlarla görüş keçirilib. Görüş zamanı repatriantlarla bağlı həyata keçirlən tibbi, sosial və psixoloji tədbirlər barədə məlumat alınıb, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.

Görüşdə uşaqların psixoloji problemlərinin həlli və sosial adaptasiyası məqsədilə ixtisaslaşdırılmış psixoloji yardıma ehtiyaclarının olduğu müəyyən edilib, bu barədə məlumat müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı, repatriantların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüş çərçivəsində repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri, hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031