azturkxeber.az
http://azturkxeber.az

Salyanda yol qəzası olub, xəsarət alanlar var

26-10-2025

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə saat 10 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Changan" və "Kia" markalı avtomobillər toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.

Qəza nəticəsində xəsarət alanlar Xədicə Sadıqova, Babək Alxanov, Saməddin Bayramov, Mahir Bayramov və Şamxal Mayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031