azturkxeber.az
http://azturkxeber.az

Luvr muzeyinin bəzi eksponatları Fransa Bankına daşınıb

26-10-2025

Luvr muzeyinin bəzi eksponatları Fransa Bankına daşınıb

Təxminən 1 həftə əvvəl oğurluq baş vermiş Luvr muzeyindəki bəzi qiymətli eksponatlar Fransa Bankına daşınıb.

Köçürülmə polisin müşayiəti ilə həyata keçirilib. Bankın deposuna daşınan əşyaların əsasən qiymətli daş-qaş olduğu bildirilir.

Fransa Bankının deposu 26 metr dərinlikdə yerləşir. Burada ölkənin əsas qızıl ehtiyatları ilə yanaşı, Leonardo da Vinçinin 600 milyon avro dəyərində əlyazmaları da qorunur.

Qeyd edək ki, həftə ərzində Luvr muzeyindən 88 milyon avroluq, Maarifçilik evindən (Didro muzeyi) isə 90 min avroluq eksponatlar oğurlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031