azturkxeber.az
http://azturkxeber.az

İsveçrədən ABŞ-a saat ixracı kəskin azalıb

26-10-2025

İsveçrədən ABŞ-a saat ixracı kəskin azalıb

Sentyabrda İsveçrədən ABŞ-a saat ixracı 55,6 faiz azalıb.

Bu barədə İsveçrənin Saatçılar Federasiyası məlumat verib.

Avqustda isə ixrac 23,9 faiz azalmışdı. Səbəb Vaşinqtonun avqustdan etibarən İsveçrədən saat idxalına 39 faiz əlavə rüsum tətbiq etməsidir.

Yeni rüsumlar qüvvəyə minməzdən əvvəl isveçrəli saat istehsalçıları ABŞ-da çox böyük ehtiyat yaratmağa nail olublar. Apreldə okeanın o tayına ixrac 149 faiz artmışdı.

Sentyabrda İsveçrədən Britaniyaya, Çinə, Sinqapura və Koreyaya saat ixracı hiss olunacaq qədər artıb. Almaniya, Fransa və İtaliyaya ixracat isə geriləyib.

Ümumilikdə sentyabrda konfederasiyadan 2 milyard frank (4,2 milyard AZN) dəyərində saat ixrac edilib ki, bu da aylıq əsasda 3,1 faiz artım deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031