azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Fərman Bayramov – 90” adlı ənənəvi kitab sərgisi açılıb

23-10-2025

Milli Kitabxanada biblioqrafiyaşünas alim Fərman Bayramovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Biblioqrafiyaşünas alim Fərman Bayramov – 90” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə biblioqrafiyaşünas alimin elmi tədqiqatları, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatlar, elmi məcmuələrdə çap olunan məqalələri, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Fərman Aslan oğlu Bayramov 1935-ci il oktyabrın 23-də Gədəbəy rayonunda anadan olub. O, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini (indiki Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi) bitirib. 1960–1969-cu illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasında (indiki M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası) baş metodist və şöbə müdiri vəzifələrində çalışıb.

1970-ci ildən BDU-nun Kitabxanaçılıq fakültəsində (indiki İnformasiya və sənəd menecmenti fakültəsi) fəaliyyət göstərib. Biblioqrafiya kafedrasının inkişafında böyük xidmətləri olub. Onun fəaliyyəti nəticəsində tədris olunan fənlərin və aparılan elmi araşdırmaların keyfiyyətinin artması müşahidə olunmağa başlanıb.

O, “Cəlil Məmmədquluzadənin ədəbi irsinin nəşri, tarixi və yazıçı haqqında biblioqrafiya” adlı namizədlik dissertasiyasını müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Fərman Bayramov “Azərbaycan iqtisadiyyatının biblioqrafiyası”, “Milli biblioqrafiyalarımızdan biri”, “XX əsr Azərbaycan alimləri və biblioqrafiya”, “H.Z. Şirvani yaradıcılığında mütaliə və biblioqrafiya məsələləri” adlı məqalələrin, “Cəlil Məmmədquluzadə: 1866–1966”, “Nəriman Nərimanov: 1870–1970” biblioqrafik vəsaitlərinin, eləcə də bir sıra xronikaların müəllifi olub.

Elm və təhsilin inkişafındakı xidmətlərinə görə “Əmək veteranı” medalı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031