azturkxeber.az
http://azturkxeber.az

KOBİA: İndiyədək 136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub

23-10-2025

KOBİA: İndiyədək 136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub

Daha 7 mikro və kiçik sahibkarlıq subyektinin iri ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, KOB subyektlərinin peçenye, konserv məhsulları, meyvə qurusu, cem, qurudulmuş ət, toyuq məhsulları, soyuq sıxım əzmələr, günəbaxan yağları və s. məhsullarının “Bolmart” və “Megastore” ticarət şəbəkələrində satışına başlanılıb. İstehlakçılar müvafiq ticarət şəbəkələrindəki xüsusi stenddən KOB subyektlərinin məhsullarını ala bilərlər.

Bununla da, dövlət dəstəyi hesabına, güzəştli şərtlərlə ticarət şəbəkələrində məhsullarının satışına dəstək göstərilmiş KOB subyektlərinin sayı 2025-ci ilin ötən dövründə 44 olmaqla, ümumilikdə 136-ya çatıb.

Qeyd olunub ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların dövlət dəstəyi hesabına tanıdılmasına və satışına dəstək üçün iri ticarət şəbəkələrində ayrıca stendlər götürərək, bu məhsulların satışını təşkil edir. Bu dəstək, həmçinin KOB-lar tərəfindən yaradılan yeni brendləri və yerli məhsulları təşviq edir.

Hazırda ticarət şəbəkələrində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışını həyata keçirmək üçün 8 satış nöqtəsi fəaliyyət göstərir. Qaydalar, satış yerləri və müraciət formasını doldurmaq üçün KOB-lar keçid linkinə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031