Kamçatkada 6 bal gücündə zəlzələ baş verib
Rusiyanın Kamçatka vilayətində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələ 8,9 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 233 km məsafədə baş verib.