azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan müdafiə naziri “Birlik – 2025” təlimində iştirak edən heyətlə görüşüb

21-10-2025

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birlik – 2025” birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq “Birlik – 2025” birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031