Tovuz rayonunda qəsdən adamöldürmə faktı ilə cinayət işi başlayıb

Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: