azturkxeber.az
http://azturkxeber.az

Yeni tədqiqat: Siqareti atmaq beyin fəaliyyətini qoruyur

15-10-2025

Yeni tədqiqat: Siqareti atmaq beyin fəaliyyətini qoruyur

London Universitet Kolleci alimlərinin yeni araşdırmasına görə, siqareti tərgitmək, hətta orta və ya yaşlı dövrlərdə belə beyin fəaliyyətinin daha yavaş zəifləməsi ilə əlaqələndirilir.

“The Lancet Healthy Longevity” jurnalında dərc olunan tədqiqatda 12 ölkədən 40 yaş və yuxarı, ümumilikdə 9436 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, siqareti buraxanların yaddaş və şifahi rəvanlıq göstəriciləri, siqaret çəkməyə davam edənlərlə müqayisədə altı il ərzində daha az azalıb. Yaddaşda zəifləmə 20 faiz, şifahi bacarıqlarda isə iki dəfə daha yavaş olub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr siqareti buraxmağın demans (yaddaş itkisi və zehni zəifləmə) riskini azalda biləcəyini göstərir.

Tədqiqatın aparıcı müəllifi dr. Mikaela Bloomberg qeyd edib: “Siqareti buraxmaq, hətta 50 yaşdan sonra belə, uzunmüddətli koqnitiv sağlamlığı qorumağa kömək edə bilər. Görünür, beyin sağlamlığı üçün siqareti buraxmaq heç vaxt gec deyil”.

Alimlər bildirirlər ki, siqaretin beyin üçün zərəri əsasən ürək-damar sisteminə təsiri ilə bağlıdır, damarların zədələnməsi nəticəsində beyin oksigen çatışmazlığından əziyyət çəkir. Bundan əlavə, siqaret oksidləşdirici stress və iltihab yaradır, bu da beyin hüceyrələrinə birbaşa zərər verir.

Araşdırmanın həmmüəllifi professor Andrev Steptoe isə dyib: “Yaddaş və düşünmə qabiliyyətinin yavaş azalması demans riskinin aşağı olması ilə əlaqəlidir. Siqareti tərgitmək, demansın qarşısının alınması strategiyası kimi mühüm rol oynaya bilər”.

Alimlər əlavə edirlər ki, nəticələri tam təsdiqləmək üçün demansla bağlı daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, bu araşdırma bir daha göstərir ki, siqareti buraxmaq həm bədən, həm də beyin sağlamlığı üçün heç vaxt gec deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031