azturkxeber.az
http://azturkxeber.az

ADY-də ənənəvi qanvermə aksiyası keçirilib

15-10-2025

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryol işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti xeyriyyə məqsədli qanvermə aksiyası keçirilib.

Respublika Qan Bankı ilə birgə keçirilən ənənəvi aksiyada ADY-nin müxtəlif struktur bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.

Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyasının əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.

ADY cəmiyyətə faydalı sosial təşəbbüslər göstərməyə, sağlamlıq və həyat naminə humanitar fəaliyyətləri dəstəkləməyə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031